- Köhnə - Dünya
- 16 İyul 2015 16:42
- 3 738
Yunanıstan 100 milyon da borca düşdü - Türkiyəyə görə

Türkiyə 4 il öncə Yunanıstanın DEPA enerji şirkətinə qarşı açdığı mülki işi bu gün qazanıb.
AzNews.az xəbər verir ki, rəsmi Afina bu mülki işə görə Türkiyəyə 100 milyon dollar təzminat ödəmək məcburiyyətində qalacaq.
Türkiyənin enerji naziri Taner Yıldız bu olay haqda fikirlərini jurnalistlərlə bölüşüb: "Hazırda Yunanıstanın çətin vəziyyətdə olduğunu bilirik. Onlara yardımçı olmaq istəyərdik, amma bizim üçün ölkəmizin maraqları daha ön plandadır".
Qeyd edək ki, Yunanıstan iyul ayının əvvəlində Beynəlxalq Valyuta Fonduna olan 1.6 milyard avroluq borcunu ödəməyib. Bu səbəbdən ölkədə sərmayə nəzarəti tətbiq olunmağa başlanılıb. Xalq banklardan gündə 60 avro çıxararkən təqaüdçülərin bank qarşısında yaratdığı uzun növbələr diqqət çəkib.
Yunanıstanın baş naziri Aleksis Çipras Aİ rəsmiləri ilə yeni bir qurtarma paketi üzərində razılaşıb. 86 milyard avroluq bu paketlə Aİ Yunanıstanda nəhəng bir fond yaradıb.
Yunanıstanın ümumi xarici borcu isə 320 milyard avronu üstələyir.