BMT sülhməramlılarına hücum edilib


Sudanın Darfur bölgəsində həyata keçirilən hücum nəticəsində 1 nəfər beynəlxalq sülhməramlı qətlə yetirilib, 3 nəfər yaralanıb.

Aznews.az Reuters agentliyinə istinadən xəbər verir ki, hadisə, kimliyi məlum olmayan şəxslərin Darfurun şimalında yerləşən YUNAMİD qüvvələrinə hücumları nəticəsində baş verib.

Darfurdakı YUNAMİD-in (Afrika Birliyi və BMT-nin birgə missiyası) yaydığı bəyanatda qətlə yetirilən və yaralanan sülhməramlıların hansı ölkə vətəndaşı olduğu qeyd edilməyib.

AzNews.az