- Köhnə - Dünya
- 2 Avqust 2015 20:49
- 3 366
PKK-nın xaos planının arxasındakı - ÖLKƏ
AzNews.az Ölkə.az-a istinadən xəbər verir ki, Türkiyə kəşfiyyat orqanları ölkənin şərqində və cənubi-şərqində baş verənlərlə bağlı şok məlumatlar əldə ediblər.
MİT-ə yaxın mənbənin türk mətbuatına sızdırdığı məlumata görə, Ağrı, Kars-Kağızman, Iğdır, Doğubayazıt, Ardahan, Göle ve Erzurumun bir hissəsində fəaliyyətini artıran terror təşkilatı bu ərazilərdə "kanton bölgə" yaratmaq istəyir. Terror hücumlarının və kütləvi iğtişaşların sayının artırılması yolu ilə Türkiyəni xaosa sürükləyərək ölkənin şərqində və cənubi-şərqində nəzarətsiz bölgə yaradılması, daha sonra terror təşkilatının siyasi qolunu dövrəyə soxaraq ərazidə separatçı zona yaradılması planlaşdırılır. Daha sonra Ermənistanla sərhəd zonasına nəzarəti ələ keçirərək PKK terrorçularına silah təchizatı yolunu asanlaşdırmaq nəzərdə tutulur.
MİT-in əldə etdiyi gizli məlumatlara əsasən, bu xaos planının arxasında Ermənistan və ona dəstək verən qüvvələr dayanır. Məlumatlara görə, Dağlıq Qarabağ ərazisində ASALA terrorçuları ilə birgə təlimlər keçən PKK terrorçularının gizli yollarla Türkiyəyə sızdırılmasına çalışılır. Hazırda Türkiyə Milli Təhlükəsizlik Şurasının gündəliyində duran əsas məsələ qafqaz cəbhəsinin və Ermınistanla sərhəd bölgənin mühafizəsini gücıəndirməkdir.
Məxfi mılumatlara görə Şimali İraqdan Ankaranın diqqətini yayındırmaqn üçün Ermənistan və PKK Ağrı, Kars-Kağızman, Iğdır, Doğubayazıt, Ardahan, Göle ve Erzurum vilayətlərindəki hücumların sayını artırmağa hazırlaşırlar. unun üçün Qəbdildən PKK-nın terrorçu liderlərindən Cəmil Bayıkın təlimatı ilə Yusif Şek adlı terrorçu gizlincə Ağrıya gəlib. Xaos planını onun həyara keçirəcəyi bildirilir.
Mənbə həmçinin xaos planınan həyata keçirilməsində Ağrı bələdiyyə başçısı Sırrı Sakıkın və buradan millət vəkili seçilmiş PKK-çı Leyla Zananın böyük rol oynayacaqları bildirilir. Kəşfiyyat məlumatlarına əsasən Ermənistan və PKK "kanton bölgən"nin (nəzarətsiz zonanın) yaradılmasından sonra separatçı rejimə Sırrı Sakık və Leyla Zananı başçı təyin edəcək.
Mənbə bildirir ki, hazırda MİT, DİN və türk ordusunun Baş qərargahı Ağrı, Kars-Kağızman, Iğdır, Doğubayazıt, Ardahan, Göle ve Erzurum xəttindəki birliklərin sayını artırmaqdadır. Əraziyə yeni kəşfiyyat qrupları göndərilir və Ermənistanla sərhəd zonasına nəzarət gücləndirilir.