Əfqanıstanda bombalı avtomobil - 7 nəfər öldü

Əfqanıstanın paytaxtı Kabulda baş vermiş bombalı avtomobil partlayışında azı 7 nəfər ölüb, 400 nəfər yaralanıb.


AzNews.az xəbər verir ki, Polisin yaydığı məlumata görə, partlayış şəhərin Shah Shahid rayonunda baş verib.

Səhiyyə rəsmiləri deyib ki, yaralılar xəstəxanalara yerləşdirilib. Mağaza və müəssisələrin dağıntıları altında da cəsədlərin olacağı güman edilir.

Təhlükəsizlik mənbəsi Reuters-ə bildirib ki, hədəf ordu birləşmələri ola bilər.
Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. Amma Taliban qruplaşması "əsas şübhəlidir".

BBC-nin müxbiri Khalil Noori deyib ki, zərərçəkənlərin əksəriyyəti sadə vətəndaşlardır.
Kiçik bombalar və intiharçı hücumlar Kabulda demək olar ki, hər həftə baş verir.
Cümə axşamı şərqi Əfqanıstanda terror aktı nəticəsində azı 6 nəfər, o cümlədən üç milis əməkdaşı həlak olub.

Partlayıcı maddə ilə dolu yük maşını Logar əyalətinin paytaxtı Puli Ələmdə polis kompleksinin qarşısında partladılıb.

Taliban onların lideri Mullah Omarin ölümündən sonra bu ilk ciddi hücumu təsdiqləyib. (BBC)