Fidel Kastro sağdır

Bir neçə gün əvvəl səhhətinin pisləşməsi və hətta olüm xəbəri yayılan Kuba lideri Fidel Kastro sağdır.

AzNews.az-ın "Associated Press" agentliyinə istinadən verdiyi məlumta görə, Fidel Kastro ötən gün Venesueladan olan hörmətli qonağını ötürürmüş. Kastro bir neçə dəqiqə hotelin qarşısında dayanaraq işçilərlə səmimi söhbət də edib.

Agentlik yazır ki, Kuba liderinin ictimaiyyət qarşısına çıxması onun səhhətinin pis olması ilə bağlı yayılan şayiləri yalanlayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl əksər KİV-lər 86 yaşlı Fidel Kastronun səhhətinin yenə də pisləşməsi barədə məlumat yaymışdılar.

AzNews.az