Terrorun qarşısı alındı

İordaniyanın paytaxtı Əmman şəhərində "Əl–Qaidə"nin planlaşdırdığı terror aktının qarşısı alınıb.

AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, 11 terrorçu paytaxta yerləşən məşhur ticarət və əyləncə mərkəzini partlatmaq və qərb ölkələrinin diplomatlarına qarşı sui-qəsd təşkil etmək istəyiblər.

Bu barədə məlumatı Britaniyanın Skynews telekanalı məlumat verib. Kanalın verdiyi məlumata görə, terrorçular və onların silahlandırılması Suriyada həyata keçirilib.

Sadiq Musa
AzNews.az