Moskva Dəməşqin istəyi ilə Suriyaya hərbi təyyarələr göndərib. Moskva Dəməşqin istəyi ilə Suriyaya hərbi təyyarələr göndərib.

Rusiya hərbi təyyarələri Suriyada - İlk zərbələr endirildi

Moskva Dəməşqin istəyi ilə Suriyaya hərbi təyyarələr göndərib.



APA-nın məlumatına görə, bu barədə "Frans Press" Suriya prezidentinin ofisinin bəyanatına istinadən xəbər yayıb.

Qeyd olunur ki, Rusiya hərbi təyyarələrinin Suriyaya göndərilməsi haqqında qərar Bəşər Əsədin Vladimir Putinə ünvanladığı məktub əsasında qəbul edilib.

Kreml Administrasiyası rəhbəri Sergey İvanov bildirib ki, söhbət Rusiyanın uzaq sərhədlərində terrorizmlə mübarizə üçün aparacağı əməliyyatlardan gedir. Onun sözlərinə görə, əməliyyatlar yalnız Rusiyanın milli maraqlarına xidmət edir.

ABŞ da Rusiyanın Suriya ərazisində ilk aviazərbələr endirdiyini təsdiq edib. Konkret olaraq Rusiya hərbi təyyarələrinin Hums şəhərini bombaladığı bildirilir.