Türkiyə haker qrupundan rus saytlarına hücum - “Mehtər Marşı” səslənir

Türkiyənin “Ayyıldız Tim” haker qrupu Rusiyaya aid çox önəmli olan bir sıra saytları dağıdıb.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyəyə məxsus haker qrupu Rusiyanın 61 saytına hücum edib.

Haker qrupu hücum etdiyi saytlarda Türkiyənin hər zaman Rusiyanın yanında olduğunu qeyd edib: "Türkiyə Rusiyanın ən çətin zamanında hər zaman yanında olub. Avropa və Amerika Rusiyaya sanksiyalar tətbiq etdiyi halda Türkiyə heç bir zaman bu sanksiyalara məhəl qoymayıb. Amma Rusiya bunun əksinə olaraq Ermənistanın yanında olub erməni soyqırımını dəstəklədi. Həmçinin Rusiya Türkiyənin əleyhinə addım ataraq Suriyaya ordu göndərdi, heç bir günahı olmayan türkmənləri bombalayıb günahsız insanları öldürdü".

"Ayyıldız Tim" haker qrupu hücum etdiyi Rusiya saytlarında Mustafa Kamal Atatürk ilə Türkiyə bayrağının şəkillərini yerləşdirib. Həmçinin hücum edilən saytlar açılan zaman "Mehtər Marşı" səslənir.

Sevinc YASİNQIZI