“Səudiyyə Ərəbistanı diplomatik əlaqələri kəsməklə “cinayət”ini gizlədə bilməz” “Səudiyyə Ərəbistanı diplomatik əlaqələri kəsməklə “cinayət”ini gizlədə bilməz”

“Səudiyyə cinayətini gizlədə bilməyəcək” - Həsən Ruhani

“Səudiyyə Ərəbistanı diplomatik əlaqələri kəsməklə “cinayət”ini gizlədə bilməz”


AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani bildirib: "Səudiyyə Ərəbistanı "cinayətini" – şiə ilahiyyatçısı Nimr ən-Nimrin edamını İranla əlaqələri kəsməklə gizlədə bilməyəcək".

Xatırladaq ki, Səudiyyə Ərəbistanı terrorizm və ona təhrik etmə ilə günahlandırılan 47 nəfərə qarşı edam hökmünün yerinə yetirildiyini elan edib. Edam olunanlar arasında şiə ilahiyyatçısı Nimr ən-Nimr də olub. Yanvarın 3-də iranlı etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum ediblər. Bundan sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr krallığın İranla diplomatik münasibətləri kəsdiyini bildirib.

Səudiyyə Ərəbistanı qeyd edib ki, edam olunmuş 47 nəfər barədə əqli, irqi və dini mənsubiyyəti nəzərə alınmadan düzgün və ədalətli məhkəmə hökmü çıxarılıb.

Aydan AXUNDOVA