- Köhnə - Dünya
- 7 Yanvar 2016 12:02
- 2 979
Azərbaycan İnterpola axtarışa verdiyi şəxslərin sayına görə neçəncidir? - STATİSTİKA

Beynəlxalq Cinayət Polisi Təşkilatı (İnterpol) 2015-ci ilin yekunları olaraq dünyada axtarılan cinayətkarlarla bağlı yeni statistika dərc edib.
Bütün dünyada 18490 şəxs İnterpol xətti ilə axtarışa verilib. Onlardan 318-i Azərbaycanın beynəlxalq axtarışa verdiyi cinayətkarlardır.Bu göstərici ilə Azərbaycan regionda Rusiyadan sonra ikinci pilləni tutur. Rusiyanın axtarışa verdiyi cinayətkarların sayı 1605 nəfər, İranınkı 12 və Gürcüstanınkı 88 cinayətkardır.
İnterpolun axtardığı cinayətkarların statistikasını təqdim edirik.
Rusiya – 1605
ABŞ – 967
Argentina – 900
Salvador – 847
Çin – 777
Braziliya – 611
Xorvatiya – 590
Hindistan – 547
Honduras – 496
Pakistan – 410
Azərbaycan – 318
Ukrayna 311
Qırğızıstan – 266
Modern.az