Böhtançı Nazim Bəydəmirli təkzib verəcək, kompensasiya ödəyəcək Böhtançı Nazim Bəydəmirli təkzib verəcək, kompensasiya ödəyəcək

YAP-dan çıxdığı yerə qədər qovulmuş Nazim Bəydəmirli məhkəmədən tullana-tullana getdi...

Böhtançı Nazim Bəydəmirli təkzib verəcək, kompensasiya ödəyəcək

YAP-dan çıxdığı yerə qədər qovulmuş keçmiş deputat, hazırda İran İslam Respublikasında kiçik bizneslə məşğul olan Nazim Bəydəmirli ilə "Baku Steel Company" şirkətinin Müşahidə Şurasının sədri Rasim Məmmədov arasında məhkəmə çəkişməsi davam edir. Adətən, biznesdəki və siyasətdəki uğursuzluqlarını sosial şəbəkədəki hesabında qabiliyyətli adamlara şər atmaqla ört-basdır etmək istəyən, prezident İlham Əliyevin sözləri ilə desək, “iki uzunqulağın arpasını bölə bilməyən istisadçılar”dan olan, soyadını sonradan dəyişmiş Bəydəmirli bir il öncə Azərbaycanın “Baku Steel Company” adlı tanınmış şirkətini və onun rəhbəri Rasim Məmmədovu da qaralamış, barələrində həqiqətə uyğun olmayan qərəzli məlumatlar yaymışdı.

Sözügedən şirkət və onun rəhbəri KİV-də də yayımlanmış həmin statusu öz işgüzar nüfuzlarına qəsdən zərər vurulması cəhdi kimi qiymətləndirmiş və Bakı şəhəri, Nizami rayon məhkəməsinə müraciət etmişdi. Nizami rayon Məhkəməsi iddianı qismən təmin edərək belə nəticəyə gəlmişdi ki, Nazim Bəydəmirli yazdığı statusla həm şirkətin, həm Rasim Məmmədovun işgüzar nüfuzuna xələl gətirib. Buna görə cavabdeh “Facebook” səhifəsində təkzib verməli, şirkətə və onun rəhbərinə də ayrı-ayrılıqda 5 min manat təzminat ödəməlidir.

YAP-dan çıxdığı yerə qədər qovulmuş Nazim Bəydəmirlinin müvafiq qətnamədən şikayətinə dünən-oktyabrın 31-də Bakı Apellyasiya Məhkəməsində baxılıb. Nazim Bəydəmirlinin vəkilinin prosesi qəsdən uzatmaq üçün verdiyi vəsatət iclasda rədd ediləndən sonra hakim Nizami rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Beləliklə, Nazim Bəydəmirli “Baku Steel Company” və onun rəhbəri Rasim Məmmədova təzminat ödəməli, atdığı çamuru isə “məlum ərizə forması” yazaraq öz “Facebook” səhifəsində təkzib etməlidir. Ancaq məhkəmələrdə sürünməyə vərdiş etmiş Bəydəmirlinin məsuliyyətdən bir müddət yaxa qurtarmaq üçün Ali Məhkəməyə şikayət etməsi gözlənilir.

AzNews.az