Bengi Bəşər bəşəriyyəti sevindirdi: "Koronavirusun əlacı tapıldı"

Dərman laboratoriya şəraitində 48 saat ərzində COVİD-19-u məhv edib

Ürək-Damar xəstəlikləri uzmanı Prof. Dr. Bengi Bəşər sosial şəbəkə hesabından etdiyi paylaşımda Koronavirusu 48 saata məhv edən dərmanın tapıldığını açıqlayıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, B.Bəşər paylaşımında bildirib ki, Avstraliyada IVERMECTİN adlı parazit əleyhinə dərman laboratoriya şəraitində 48 saat ərzində COVİD-19-u məhv edib. Mütəxəssis həmçinin əlavə edib ki, ən qısa zamanda tibbi çalışmaların aparılması və test nəticələrinin müsbət nəticə verdiyi zaman insanlıq böyük bir bəladan qurtulacaq.