"O, Şuşaya yalnız prezident kimi deyil, həm də Ali Baş Komandan kimi səfər edib" "O, Şuşaya yalnız prezident kimi deyil, həm də Ali Baş Komandan kimi səfər edib"

"İlham Əliyev müasir dövrün ən nəhəng siyasətçilərindəndir, onun Şuşa səfəri..." - İqor Korotçenko

"O, Şuşaya yalnız prezident kimi deyil, həm də Ali Baş Komandan kimi səfər edib"

Azərbaycan öz ərazi bütövlüyünü artıq bərpa edib. Möhtəşəm hərbi qələbə qazanıb.

Ancaq qəribə də olsa, Azərbaycandakı bəzi "qara qarğalar" nur topu kimi parlaq tarixi zəfərimizi qaralamaq üçün hələ də əllərindən gələn hər şeyi edirlər.

Halbuki "qara qarğalar"dan fərqli olaraq, əksər rus hərbi ekspertlər qələbəmizin əsl dəyərini verirlər, göylərə qaldırırlar. Bizim "qara qarğalar" belə önəmli xarici ekspert dəyərləndirmələrini heç oxuyurlarmı, görəsən...

Nüfuzlu rus hərbi ekspert İqor Korotçenko İkinci Qarabağ savaşı və Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı fikirlərini açıqlayıb: "Prezident İlham Əliyev müasir dövrün ən nəhəng siyasətçilərindəndir. O, öz xalqına verdiyi vədlərin hamısını yerinə yetirib. Azərbaycanın işğal altında olan ərazilərini azad edib, işğalçılar darmadağın olunub və qovulub".

İqor Korotçenkonun fikrincə, Prezident İlham Əliyevin Şuşa səfəri çox önəmlidir və simvolik xarakter daşıyır: "O, Şuşaya yalnız prezident kimi deyil, həm də Ali Baş Komandan kimi səfər edib. Çünki Şuşanın alınması 44 günlük savaşın həlledici mərhələsi idi. Məhz bundan sonra Ermənistan ordusunun müqavimət göstərməsinin əhəmiyyəti yox oldu və rəsmi İrəvan kapitulyasiya məcburiyyətində qaldı. Şuşanın işğaldan azad edilməsi əməliyyatı Azərbaycanın hərbi strategiyasının triumfu və önəmli uğurudur.

Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları bu şəhəri gecə çətin dağ-meşə ərazisini keçərək, küçə döyüşlərində özlərindən sayca üstün olan erməni qüvvələrini darmadağın etməklə alıb. Bu amansız döyüşlərdə erməni qüvvələri mövqelərini buraxıb, qaçmağa məcbur edilib. Müasir standartlara görə böyük önəm daşıyan bu hərbi əməliyyat onun detallarını araşdırmağa borclu olan tarixçiləri gözləyir ".