Bir yerdə ki, pulu qazanan 1 nəfər, sayan 10 nəfərdir, o yerdən qaçmaq lazımdır Bir yerdə ki, pulu qazanan 1 nəfər, sayan 10 nəfərdir, o yerdən qaçmaq lazımdır

Bolt-a, Wolt-a niyə uduzuruq?

Bir yerdə ki, pulu qazanan 1 nəfər, sayan 10 nəfərdir, o yerdən qaçmaq lazımdır

Uzun müddət bazarda nə Bolt var idi, nə də Wolt. Hansı taksi şirkətimiz servisini, müştəri xidmətlərini, mobil app-ı normal formada təkmilləşdirə bildi? Hansı yemək çatdırılma şirkətimiz eynisini etdi. Xeyli vaxt bazarda tək qaldılar, insanları az-çox telefonla, mobil tətbiqlə sifarişə alışdırmışdılar ki, qloballar bazara girdi.

Günü bu gün belə heç bir yerli taksi şirkətinin nə saytı, nə mobil tətbiqi, imkanları Bolt qədər sadə və rahat deyil. Öz şirkətimizdə ən azı 2-3 yerli taksi şirkəti ilə çalışdım. Nə zəngə vaxtında cavab verən olur, nə saytı düzəməlli işləyən, nə də doğru-düzgün tətbiqi işləyəni var. Bütün taksi sürücüləri söysə də, sevməsə də deyirlər ki, ən çox müştərini onlar - Bolt verir. Ən tez gələn taksi də Bolt-dur, məsələn.

Öz şirkətlərimizə desəydin ki, bazara girirsən ilk il qazancın hamısını və ya çox hissəsini yatıraq reklama, marketinqə deyəcəkdi ki, “qoy bir az qazanaq, sonra baxarıq”. Sonra da az sonra bazara eləsi gəlir ki, süpürüb aparır hər şeyi. Biz biznesin inkişafını işə başlamamış rəqəmlərlə müqayisə etdiyimiz müddətdə tərsini edənlərə bazarı uduzacağıq. Bolt Azərbaycan bazarına illik 7 milyon investisiya etmişdi. Restoranlara illik endirimin minimum yarısını özü qarşılayırdı, indi də edir. Bu isə illik hardan baxsan milyon manatdan çoxdur. Bunu bizdə kim edərdi? Youtuba bolt, Wolt, Uber-in əlindən girmək olmur. Dayanmadan reklam gedir. Yüzminlərlə dövriyyəsi olan şirkətlərimiz var ki, smm-ə, sosial media reklamına 1000-2000 azn xərcləyib sonda deyir satış yoxdu, bizdə bu işi bilmirlər.

Bilərəkdən davamlı şəkildə yerli taksi şirkətlərindən, yemək sifarişi, marketdən sifariş şirkətlərindən istifadə etmişəm. Öz bizneslərimizə dəstək olmalıyıq deyə düşünürəm. Biz çox istifadə etsək onlar daha çox inkişaf edər. O gün yerlilərdən birindən evə xama sifariş etmişəm, gətirəndə görürəm ki, vaxtı keçməyə 1 gün qalıb, 1-cə gün. Belə hara qədər getmək olar ki. Müştəri məmnuniyyəti qloballarda bir nömrəli şərtdir. Şikayət varsa, az qala birinci sənin xeyrinə həll edib sonra araşdırırlar. Bizdə tərsinə şikayət etdinsə, hər vəchlə səni haqsız çıxarmağa çalışırlar.

Bir yerdə ki, pulu qazanan 1 nəfər, sayan 10 nəfərdir, o yerdən qaçmaq lazımdır.

Rafiq Vəliyev