Ermənistanın Baş nazirinin Xankəndi seperatçılarına məktubuna cavab Ermənistanın Baş nazirinin Xankəndi seperatçılarına məktubuna cavab

Nikol Paşinyan Azərbaycan ordusunu Qərbi Zəngəzura çağırır

Ermənistanın Baş nazirinin Xankəndi seperatçılarına məktubuna cavab

Ermənistanın Baş naziri Nikol Paşinyanın qondarma "DQR"-in heç zaman baş tutmamış və baş tutmayacaq "müstəqilliyi"nin ildönümü ilə bağlı Xankəndiyə ünvanladığı "təbrik"i oxudum.

Qısaca yazıram:

1) Nikol Paşinyan Qarabağ münaqişəsinin genezisini təhrif edir. Baş nazir yazır ki, DQMV-nin müstəqilliyi ona görə elan edilib ki, Sumqayıtda və Azərbaycanın digər şəhərlərində ermənilərə qarşı repressiylar həyata keçirilib. Məzlum Qarabağ erməniləri də "təhlükəsizlik ehtiyacı"na əsasən müstəqillik elan ediblər.

Ağ yalandır!

Hələ 1985-ci ildə DQMV ərazisində yaşayan ermənilər SSRİ-nin rəhbəri M.S. Qorboçova məktubla müraciət edərək Ermənistana birləşdirilmələrini xahiş etmişdilər. 1987-ci ilin oktyabrında ekoloji problemləri (!!!) bəhanə edərək İrəvanda eyni tələblə mitinq keçirilmişdi.

Ekoloji problem hara, repressiya hara, etnik təmizləmə hara?

Həmin il Ermənistanda "Qarabağ Komitəsi" yaradılmışdı və Komitənin Qorboçovun ətrafına ciddi təsiri vardı. İndi bütün olub-bitənləri bir-bir sadalamağa gərək yoxdur. Nikol onu yada salmaq istəmir ki, bütün bu proseslər "miatsum" - DQMV-nin Ermənistana birləşdirilməsi- ideyası ilə gedirdi.

20 fevral 1988-ci ildə DQMV-nin deputatları bu təşəbbüsü yerli sovetdə rəsmi qərara çevirdilər. Daha sonra Ermənistan SSR Ali Soveti çıxardığı qərarla DQMV-i özünə birləşdirdi.

Qanlı münaqişə belə başladı.

Zira, SSR-nin dağılması ərəfəsində Ermənistan başa düşdü ki, DQMV-lə birlikdə BMT-yə üzv ola bilməyəcək, odur ki, "müstəqil DQR" ideyasını ortaya atdılar.

2) Nikol Paşinyan primitiv diplomatik fəndlərlə özünə əl yeri saxladığı münaqişənin "ontologiyası"nı təhrif edir. Münaqişəni on illər boyunca mövcud edən Ermənistanın Azərbaycana qarşı ərazi iddiası və BMT tərəfindən tanınmış torpaqlarımızı işğal etməsi, işğalda saxlaması olub. Görünür, işğal edilən ərazilərdə Ermənistanın ordu saxlaması, dədəsinin yurduymuş kimi Şuşada "Yallı" getməsi, "Qarabağ-Ermənistandır." deməsi Nikolun yadından çıxıb. Əgər Ermənistan işğalçı deyildisə, DQR-də ayrıca və müstəqil bir dövlət idisə, nədən 44 günlük müharibədə kapitulyasını "Artsax prezidenti" Arayik Arutyunyan deyil, Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb?

3) Məktubda Ermənistanın Baş naziri münaqişəsinin bitmədiyindən, "Dağlıq Qarabağ"ın mövcud olduğundan və konfliktin həllinin ATƏT-in Minsk Qrupu çərçivəsində tapacağından dəm vurur. Sözlərinə onu da əlavə edir ki, Ermənistan Dağlıq Qarabağa normal həyatın saxlanılmasına, təhlükəsizlik və insan hüquqlarının qorunmasına dəstək verəcək. Baho!!! Bəs, necə olur ki, "öz ərazisində öz müqəddəratını təyin edən" bir xalq öz normal həyatını qura bilmir, müstəqilliyi baş tutmamış, müxtəlif xarici dövlətlərin for-postu kimi mövcud olan kasıb və miskin Ermənistanın himayəsinə ehtiyac duyur?

Nikol Paşinyanın son mesajı Ermənistanın sülh prosesinə qarşı növbəti avantürasıdır və Azərbaycana qarşı ərazi iddialarının- "miatsum" ideologiyasının davam etdirilməsidir.

O zaman bizim də yenidən işə salacağımız bir "Dəmir yumruq" var.

Əgər Ermənistan hesab edirsə ki, münaqişə bitməyib, çox pakizə, biz ona yeni münaqişə yaradarıq- Qərbi Zəngəzurda!

O zaman "Qərbi Zəngəzur Respublikası" da mövcud olar, ATƏT-in Minsk Qrupuna da iş tapılar.

"Dəmir yumruq" sahibi, prezident İlham Əliyev deyib ki, Qarabağ münaqişəsi bitib, amma deməyib Qərbi Zəngəzur münaqişəsi heç zaman olmayacaq!

Taleh ŞAHSUVARLI