Maqnit qasırğası gözlənilir

30-31 dekabrda geomaqnit qasırğası gözlənilir.

Aznews.az xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, rekurrent mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə 30-31 dekabrda əsasən qeyri-sabit kosmik hava şəraiti gözlənilir, aktivliyin qısa periodlarla G1-G2 səviyyəsinə yüksələcəyi istisna edilmir.