“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger geniş müsahibə verib “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger geniş müsahibə verib
  • Fanat
  • 18 Oktyabr 2018 10:40
  •  1 113

Əmindir ki, Almaniyanın Özilə ehtiyacı var

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger geniş müsahibə verib

Aznews.az. xəbər verir ki, Venger “topçular”ın futbolçusu Məsut Özil barədə də danışıb. Almaniya yığmasının uğuruszluğuna münasibət bildirən fransız mütəxəssis, Yoahim Lövün Məsutu geri qaytarmalı olduğunu da vurğulayıb:

“Mən əminəm, Almaniyanın Özilə ehtiyacı var. Hesab edirəm ki, Yoahim Löv onu geri qayıtmağa inandırmalıdır. Məsut yüksək səviyyəli futbolçudur. O, DÇ-2018-də zəif çıxış etmədi.

Onun yığmadan getməsi ürəyimcə olmadı. Məni qane edən odur ki, futbolçu mümkün olduğu qədər yaxşı olsun. Beynəlxalq yarışlar olmadan isə bu, mümkünsüz olur”.

Özil DÇ-2018-dən sonra Almaniya yığmasında çıxışını dayandırıb.

© AzNews.az