UEFA İntizam Komitəsi İngiltərənin "Mançester Yunayted" klubunu cərimələyib. UEFA İntizam Komitəsi İngiltərənin "Mançester Yunayted" klubunu cərimələyib.
  • Fanat
  • 19 Oktyabr 2018 20:46
  •  1 287

UEFA “Mançester Yunayted”i cəzalandırdı

UEFA İntizam Komitəsi İngiltərənin "Mançester Yunayted" klubunu cərimələyib.

Buna səbəb Çempionlar Liqasının II turunda evdə İspaniya "Valensiya"sı ilə keçirilmiş matçın gec başlamasıdır.

İngiltərə təmsilçisi buna görə 15 min avro ödəməli olacaq.

Qeyd edək ki, "Mançester Yunayted" - "Valensiya" matçı 0:0 hesabı ilə başa çatıb. Meydan sahiblərinin avtobusu tıxaca görə oyunun keçirildiyi "Old Trafford" stadionuna matçın başlamasından bir neçə dəqiqə sonra çatıb.(report.az)

AzNews.az