Həbib Makqreqoru respublikada necə qarşılayacağından söz açdı Həbib Makqreqoru respublikada necə qarşılayacağından söz açdı
  • Fanat
  • 20 Oktyabr 2018 20:06
  •  1 191

Makqreqor Dağıstana gələrsə ... Həbib Nurməhəmmədov

Həbib Makqreqoru respublikada necə qarşılayacağından söz açdı

Rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov atası və məşqçisi Əbdülmanap Nurməhəmmədovun Dağıstana dəvət etdiyi irlandiyalı Konor Makqreqoru respublikada necə qarşılayacağından söz açıb.

Həbib bunu belə təsvir edib:

“Qonaqları layiqincə qarşılamaq bizim üçün müqəddəs işdir. Dağıstan bununla məşhurlaşıb. Düşünürəm ki, orada baxmağa çox şey var. Bəlkə ona güləş zalını göstərdik: Makqreqor güləşə bilmir”.

Nurməhəmmədov əlavə edib ki, mütləq Konoru qonaq edəcək, çünki respublikada ac qonaq olmur.

Xatırladaq ki, oktyabrın 7-də Həbib Nurməhəmmədov Las-Veqasda Konor Makqreqora qalib gələrək yüngül çəkidə UFC çempionu titulunu qoruyub. Həlledici döyüşdən sonra idmançıların komandaları arasında dava düşüb. (Axar.az)