Oyun 4:2 hesabı ilə "Barselona" klubunun xeyrinə nəticələnib Oyun 4:2 hesabı ilə "Barselona" klubunun xeyrinə nəticələnib
  • Fanat
  • 21 Oktyabr 2018 01:04
  •  1 858

Messinin qolu zədələndi - Komandası 4 qol vurdu

Oyun 4:2 hesabı ilə "Barselona" klubunun xeyrinə nəticələnib

Argentina millisinin və İspaniyanın "Barselona" klubunun ulduz oyunçusu Lionel Messi İspaniya La Liqasının 9-ci turu çərçivəsində "Sevilya" ilə oyunda zədələnərək meydanı vaxtından əvvəl tərk edib.

Messi "Sevilya" klubunun yarımmüdafiəçisi Franko Vaskeslə toqquşmadan sonra qolundan zədə alıb.

Hadisə qarşılaşmanın 26-ci dəqiqəsində Kataloniya təmsilçisi hesabda 2:0 öndə olan vaxt baş verib. Argentinalı 26 dəqiqəyə həm fərqlənib, həm də məhsuldar ötürmə edib.

Qeyd edək ki, oyun 4:2 hesabı ilə "Barselona" klubunun xeyrinə nəticələnib.

AzNews.az