Karateçilərimiz Şamaxıda təlim-məşq keçirlər Karateçilərimiz Şamaxıda təlim-məşq keçirlər
  • Fanat
  • 22 Oktyabr 2018 12:38
  •  920

Milli komanda dünya çempionatına yollanacaq

Karateçilərimiz Şamaxıda təlim-məşq keçirlər

5-11 noyabr tarixlərində İspaniyanın paytaxtı Madriddə karate üzrə 24-cü dünya çempionatına hazırlıqlarını davam etdirən milli komandamız Şamaxıya təlim-məşqlərə yola düşüb.

Milli komandaların baş məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Vahid Ayvazovun, eləcə də, böyük məşqçilər Qurban Tağıyev, Rəşad Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına 15 idmançı cəlb olunub.

Gənclər və İdman Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Şamaxı Olimpiya İdman kompleksində son hazırlıqlarda Firdovsi Fərzəliyev (-60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (ikisi də -67 kq), Rafael Ağayev (-75 kq), Turqut Həsənov və Pənah Abdullayev (ikisi də -84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Murad Hacızadə (üçü də +84 kq), Roman Heydərov (kata), Sahib Əhədəov (para-karate), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və Fəridə Əliyeva (+68 kq) iştirak edəcək.

Qeyd edək ki, karateçilərin təlim-məşq toplantısı bir həftə davam edəcək.

Səidə Nurməmmədli,

AzNews.az