• Fanat
  • 6 Noyabr 2018 16:47
  •  704

Diqqət! Ronaldinyonun köməyinizə ehtiyacı var! - Cəmi 6 avrosu qalıb

Bu əməkdaşlıqdan da futbolçuya vəsait ödənilməlidir

Braziliya məhkəməsinin “Barselona”nın sabiq futbolçusu Ronaldinyonun pasportunun alınması ilə bağlı qərar çıxardığı barədə məlumat vermişdik.

AzNews.az xəbər verir ki, Ronaldinyo və qardaşı Roberto 2 milyon avro cəriməni ödəmədikləri üçün belə qərar çıxarılıb. Onlar qadağan olunmuş ərazidə tikinti işləri aparmaqda və ekologiyaya zərər vurmaqda ittiham olunublar. Ronaldinyonun zərərə görə girov qoyduğu əmlak kifayət etmədiyi üçün hakimiyyət onun bank hesabından bəlli məbləği çıxarmaq istəyib. Ancaq məlum olub ki, Ronaldinyonun bank hesabında cəmi 6 avro var. Bu rəqəm isə onun həyat tərzi ilə uyğunsuzluq təşkil edir. Bir neçə həftə əvvəl Ronaldinyo reklam çarxlarında çəkilmək üçün Yaponiya və Çində olub. Ondan da bir qədər əvvəl isə Avropa və Afrikaya baş çəkib. Noyabrın 17-də isə o, Frankfurtda keçiriləcək “Çempionların oyunu”nda iştirak edəcək.

Bundan başqa, məlum olub ki, “Nike” Ronaldinyo ilə əməkdaşlıq çərçivəsində buts istehsalına başlayıb. Bu əməkdaşlıqdan da futbolçuya vəsait ödənilməlidir. Amma bütün bu vəsaitlər onun hesabında yoxdur.

© AzNews.az