"Hakim çox səhv etdi" "Hakim çox səhv etdi"
  • Fanat
  • 7 Noyabr 2018 13:58
  •  1 549

"Hakim bizə meydanda hörmət etmirdi" - Neymar

"Hakim çox səhv etdi"

PSJ-nin brazilyalı futbolçusu Neymar Çempionlar Liqasının 4-cü turunda "Napoli" ilə oyundan sonra baş hakim Byörn Kuypersi tənqid edib.

Xarici mətbuat xəbər verir ki, o, Kuypersi oyunçulara hörmət etməməkdə günahlandırıb:

"Bu gün hakim çox səhv etdi. Amma ən çox onun meydanda mənə müraciət formasına əsəbləşdim. Onun dedikləri hörmətsizlik idi. Bun görə də öz-özümə nəzarəti bir az itirdim. Matç zamanı onun səhvləri məni həyəcanlandırmırdı. Hakim də insandır və başqaları kimi səhv edə bilər. Amma Kuypersin oyunçulara münasibəti məni həqqətən də əsəbiləşdirdi. Hakim oyunçulara hörmət etməli,onda fit və vərəqə olduğu üçün hər kəsdən üstün olduğunu düşünməməlidir. Ümid edirəm ki, bununla bağlı lazımi addımlar atılacaq".

Qeyd edək ki, “Napoli” PSJ görüşü heç-heçə başa çatıb – 1:1