O, 3 qol, 5 məhsuldar ötürməylə yadda qalıb O, 3 qol, 5 məhsuldar ötürməylə yadda qalıb
  • Fanat
  • 8 Noyabr 2018 09:28
  •  1 321

“Tottenhem”dən türk futbolçu üçün 52 milyon avroluq təklif

O, 3 qol, 5 məhsuldar ötürməylə yadda qalıb

“Roma”nın 21 yaşlı türkiyəli futbolçusu Cengiz Ündərlə bir neçə Avropa klubunun yaxından maraqlandığını xəbər vermişdik.

AzNews.az-ın məlumatına görə, bu barədə xəbəri “Rai Sport” yayıb.

Bildirilir ki, “Barselona” və “Bavariya”dan sonra daha bir nəhəng klub gənc futbolçunun xidmətində maraqlıdır.

İngiltərənin “Tottenhem” klubu “Roma”ya gənc futbolçu üçün təklif göndərib. “Tottenhem” türk futbolçu üçün İtaliya təmsilçisinə 52 milyon avro təklif edib.

Bundan əvvəl İtaliya mətbuatı “Roma”nın Cengizin transfer qiymətini 50 milyon avro müəyyənləşdirdiyini yazmışdı.

Cengiz Ündər bu mövsüm “Roma”nın heyətində Çempionlar Liqası və İtaliya A Seriyası daxil olmaqla, 12 oyun keçirib, 3 qol, 5 məhsuldar ötürməylə yadda qalıb.

© AzNews.az