- Fanat
- 10 Noyabr 2018 15:27
- 1 507
Nurməhəmmədov prezidentin qonağı olub

Bu haqda döyüşçü fan“Instagram” səhifəsində yazıb
Yüngül çəkidə UFC çempionu olan Həbib Nurməhəmmədov Çeçenistan rəhbəri Ramzan Kadırovun qonağı olub.
“Ramzan Əhmədoviçə qonaq getdim, o, qonağı hər kəsdən yaxşı qarşılamağı bacarır, başqaları ancaq bundan nümunə götürə bilərlər”, - deyə döyüşçü öz “Instagram” səhifəsində yazıb.
Bundan öncə Kadırov Murməhəmmədovla amerikalı boksçu Floyd Meyveyzer arasında döyüş keçirilə biləcəyini bildirib.
O idmançılar razılığa gələrsə, Çeçenistanın bu döyüşü təşkil edə biləcəyini vurğulayıb. (Oxu.Az)
© AzNews.az