• Fanat
  • 26 Noyabr 2018 10:35
  •  644

Millimizin baş məşqçisi dəyişdi

Vaqif Şirinov bu təyinatadək gənclərdən ibarət yığmaya rəhbərlik edib.

Azərbaycanın kişi boksçulardan ibarət milli komandasında baş məşqçi dəyişikliyi olub.

Ukraynalı baş məşqçi Leonid Loivski istefaya göndərilib. Onu Vaqif Şirinov əvəzləyib. Şirinov ən azı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarınadək millinin sükanı arxasında olacaq. Komandada böyük məşqçi funksiyasını isə yenə Nəriman Abdullayev yerinə yetirəcək.

Qeyd edək ki, Vaqif Şirinov bu təyinatadək gənclərdən ibarət yığmaya rəhbərlik edib.(report.az)

© AzNews.az