- Fanat
- 27 Noyabr 2018 12:26
- 1 520
“Qarabağ”ın Bakı Metropolitenindən xahişi var
“Qarabağ” Avropa Liqasının oyunu üçün Bakı Metropoliteninə müraciət edib
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunda Portuqaliya “Sportinq”i ilə oyun üçün Bakı Metropoliteninə müraciət edib.
Oyunun gec başa çatacağını nəzərə alan Ağdam təmsilçisi azarkeşlərin rahat şəkildə ünvanlarına çatması üçün metronun bir saat daha gec - saat 01:00-da bağlanmasını xahiş edib.
Qeyd edək ki, dekabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:55-də başlayacaq.
© AzNews.az