Buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub. Buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub.
  • Fanat
  • 6 Dekabr 2018 18:21
  •  1 228

Fransa çempionatında daha iki oyun təxirə salındı

Buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub.

Futbol üzrə Fransa çempionatının VXII turunda keçirilməsi nəzərdə tutulan "Monako" - "Nitsa" və "Sent-Etyen" - "Marsel" matçları təxirə salınıb.

AzNews.az Fransa Liqa 1-in rəsmi saytına istinadən xəbər verir ki, buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub.

Qeyd edək ki, "Monako" - "Nitsa" oyunu dekabrın 7-də digər oyun isə dekabrın 10-da keçirilməli idi. Daha öncə "Tuluza" - "Lion" və PSJ - "Monpelye" matçları da eyni səbəbdən təxirə salınıb.

AzNews.az