“Bu gün oyunumuz alınmadı və nəticədə uduzduq”. “Bu gün oyunumuz alınmadı və nəticədə uduzduq”.
  • Fanat
  • 15 Dekabr 2018 22:37
  •  1 013

“Çempionluq haqda düşünmək axmaqlıq olar” - “Neftçi”nin baş məşqçisi

“Bu gün oyunumuz alınmadı və nəticədə uduzduq”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda evdə “Sumqayıt”a 0:2 hesablı məğlubiyyətdən sonra deyib.

İtaliyalı mütəxəssis ikinci qolun onların oyununa mənfi təsir etdiyini bildirib:

“Çalışırıq öz oyunumuzu quraq. Rəqib də bizi əks-hücumda tutmağa çalışdı. Penaltini də əks-hücumda qazandılar. İkinci qol bizi "sındırdı". Bundan sonra işimiz daha da çətinləşdi. Qol epizodlarımız oldu ki, bunlara da düzgün reaksiya verə bilmədik”.

Həm çempionat, həm də kubok matçında “Sumqayıt”a qalib gələ bilmədiniz. “Neftçi” sanki çempionluq ab-havasına tez girib...

- Kubokla çempionat fərqli yarışlardır. Çempionluq haqda düşünmək axmaqlıq olar. Təkrarçılıq olmasın, kubok tam başqa yarışdır.

Buna qədər “Neftçi” bütün oyunlarda fərqlənə bilmişdi. “Sumqayıt” nədən istifadə edir ki, bu rəqibin qapısına yol tapa bilmirsiniz?

- Çempionat matçında olduğu kimi, bu gün də qol vəziyyətlərimiz oldu. Sadəcə, bir qədər dəqiqlik çatmadı. Bəzi epizodlarda isə rəqibin qapıçısı imkan vermədi.

0:2 hesabından sonra yarımfinal şansınızı necə dəyərləndirirsiniz?

- Öz meydanımızda uduzduğumuz üçün bizə çətin olacaq. Yenə də cavab görüşündə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.