Domaqoy Vida vətənində donuz ferması açıb. Domaqoy Vida vətənində donuz ferması açıb.
  • Fanat
  • 19 Dekabr 2018 12:13
  •  1 011

“Beşiktaş”ın futbolçusu donuz ferması açdı

Domaqoy Vida vətənində donuz ferması açıb.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının futbolçusu Domaqoy Vida vətənində donuz ferması açıb.

Bu barədə 29 yaşlı müdafiəçinin özü “24sata” portalına bildirib. Türkiyənin “Beşiktaş” klubunun formasını geyinən futbolçunun sözlərinə görə, fermada 500 baş donuz olacaq: “Zaqrebdəki bir şirkət bütün işi görüb. Mənim hər şeylə məşğul olacaq adamlarım var. Bunlar yerli qara donuzlardır. Əvvələr 200 baş donuzum var idi. İndi onların sayını 500-ə çatdıracağıq. Ətlərin tədarük olunacağı bir neçə restoranım var. Bu, pis biznes deyil”.

Qeyd edək k, Azərbaycan millisi seçmə mərhələyə gələn il martın 21-də səfərdə Xorvatiya ilə oyunla başlayacaq. Bu komandalar Bakıda sentyabrın 9-da qarşılaşacaqlar.(report.az)

© AzNews.az