“Qarabağ” klubu qış-təlim məşq toplanışı üçün Antalyaya yollanıb. “Qarabağ” klubu qış-təlim məşq toplanışı üçün Antalyaya yollanıb.
  • Fanat
  • 6 Yanvar 2019 13:22
  •  1 415

“Qarabağ” Türkiyəyə yollandı

“Qarabağ” klubu qış-təlim məşq toplanışı üçün Antalyaya yollanıb.

Ağdam təmsilçisi bu gün səhər saatlarında Türkiyəyə yola düşüb. Qurban Qurbanovun kollektivi qardaş ölkədə 3 həftəlik hazırlıq keçəcək.

Qeyd edək ki, “Qarabağ” Antalyada olduğu müddətdə 5 yoxlama oyununda gücünü sınayacaq. Yanvarın 12-də Rumıniyanın “Botoşani”, 16-da Özbəkistanın “Paxtakor”, 19-da Çexiyanın “Bohemians”, 23-də Polşanın “Piast”, 26-da isə Ukraynanın “Şaxtyor” (Donetsk) klubları ilə qarşılaşacaq.

AzNews.az