• Fanat
  • 8 Yanvar 2019 09:26
  •  525

Petr Çex qərarını açıqladı

“Arsenal” klubunun qolkiperi Petr Çex komandada qalmaq istədiyini açıqlayıb.

Çexin klubla müqaviləsinin müddəti mövsümün sonunda bitir.

“Arsenal”ın baş məşqçisi Unai Emeri isə 36 yaşlı qolkiperin komandada gələcək perspektivini görmədiyinə işarə edib.

Qeyd edək ki, Çex bu mövsüm Premyer Liqada keçirdiyi yeddi oyunda doqquz top buraxıb.(oxu.az)

© AzNews.az