O, “Monako” ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalayıb. O, “Monako” ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalayıb.
  • Fanat
  • 12 Yanvar 2019 09:09
  •  1 832

Sesk Fabreqas “Monako” klubuna keçdi

O, “Monako” ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalayıb.

Fransanın “Monako” futbol klubu yarımmüdafiəçi Sesk Fabreqası öz heyətinə qatıb.

Klubun saytına istinadla xəbər verilir ki, 31 yaşlı ispan futbolçu İngiltərənin “Çelsi” klubundan transfer edilib. Fabreqas “Monako” ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalayıb.

Fabreqas peşəkar karyerasına İngiltərənin “Arsenal” klubunda başlayıb. O, 2011-ci ildə “Barselona”, 2014-cü ildə isə “Çelsi” klubuna transfer olunub.

Yarımmüdafiəçi İspaniya milli komandasının heyətində iki dəfə Avropa çempionu (2008, 2012) və bir dəfə dünya çempionu adını qazanıb. (Azərtac)