• Fanat
  • 15 Yanvar 2019 17:51
  •  414

Amerikalı gimnastın rəqsi milyonlarla baxış sayı toplayıb

Amerika gimnastı Ketelin Ohaşinin tələbələr arasında keçirilən ”Under Armour 2019 Collegiate Challenge” turnirində qeyri-adi çıxışının videosu internetdə sürətlə populyarlaşır.

“Newsru” xəbər verir ki, yuniorlar arasında ABŞ çempionu sərbəst çıxış zamanı akrobatik elementləri və müxtəlif populyar kompozisiyaları bir-biri ilə əvəzləyərək son dərəcə emosional proqram nümayiş etdirib.

Kaliforniya Universitetindən olan idmançının çıxışının “Twitter”də yerləşdirilən videosu iki gün ərzində 600 mindən çox layk və 30 milyondan çox baxış sayı toplayıb.

Qeyd edək ki, Ketelin Ohaşi tələbələr arasında keçirilən yarışlarda əvvəllər də Maykl Cekson musiqisinin sədaları altında akrobatika və plastika xariqələri nümayiş etdirib.

Ketelin ötən ilin baharında indikindən heç də geri qalmayan oynaq nömrəsi sayəsində idman gimnastikası üzrə “American Cup” turnirinin qalibi olub.

Sosial şəbəkələrin istifadəçiləri hələ o vaxt Ketelin gimnastikasının inanılmaz elastikliyinə heyran qalmışdılar.(AZƏRTAC)

© AzNews.az