“Birmənalı olaraq Rusiyada döyüşlərə SSRİ himninin sədaları altında çıxacağam". “Birmənalı olaraq Rusiyada döyüşlərə SSRİ himninin sədaları altında çıxacağam".
  • Fanat
  • 16 Yanvar 2019 00:52
  •  4 166

İdmançı döyüşlərə olmayan ölkənin himni altında çıxacaq

“Birmənalı olaraq Rusiyada döyüşlərə SSRİ himninin sədaları altında çıxacağam".

UFC çempionatının belaruslu döyüşçüsü Andrey Orlovski Rusiyadakı döyüşlərə SSRİ himninin sədaları altında çıxmaq niyyətində olduğunu bəyan edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Birmənalı olaraq Rusiyada döyüşlərə SSRİ himninin sədaları altında çıxacağam. Bəzi mətbuat orqanları Orlovskinin Rusiyanı sevmədiyi barədə söhbəti şişirtməyə çalışırlar. Bəli, rusiyalı deyiləm. Lakin əslən Sovet İttifaqındanam”, - deyə o vurğulayıb.

AzNews.az