- Fanat
- 19 Yanvar 2019 18:14
- 1 960
"Sabah" Macarıstan komandasını məğlub etdi

Görüş Premyer Liqanın debütantının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah” komandası üçüncü yoxlama oyununu keçirib.
Elşad Əhmədovun baş məşqçi olduğu kollektiv Macarıstan MTK-sı ilə qarşılaşıb. Görüş Premyer Liqanın debütantının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Sabah”ın qollarını 25-ci dəqiqədə Vadim Abdullayev, 30-cu dəqiqədə Marko Deviç və 90-cı dəqiqədə Cavid İmamverdiyev vurub.
Qeyd edək ki, daha öncə Türkiyə “Eskişehirspor”unu 1:0 hesabı ilə məğlub edən “Sabah”, Qazaxıstan “Tobol”u ilə heç-heçə edib - 2:2. (report)
AzNews.az