Domaqoy Vida “Roma”ya keçə bilər. Domaqoy Vida “Roma”ya keçə bilər.
  • Fanat
  • 30 Yanvar 2019 14:12
  •  1 905

“Beşiktaş”ın futbolçusu “Roma”ya keçir

Domaqoy Vida “Roma”ya keçə bilər.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının futbolçusu Domaqoy Vida karyerasını İtaliyanın “Roma” komandasında davam etdirməyə yaxındır.

“Sky Sport Italia” xəbər verir ki, paytaxt təmsilçisi 30 yaşlı mərkəz müdafiəçisi üçün Türkiyənin “Beşiktaş” klubuna 7,5 milyon avro ödəyəcək. Keçidlə bağlı danışıqların yenunlaşmaq üzrə olduğu, Vidanın icarəyə götürülməsinin də mümkünlüyü vurğulanır.

Vida "Beşiktaş"a 2017-ci ilin dekabrında Ukraynanın “Dinamo” (Kiyev) klubundan transfer olunub. O, Xorvatiya yığmasının heyətində 2018-ci il dünya çempionatında gümüş medal qazanıb.

Qeyd edək k, Azərbaycan millisi seçmə mərhələyə martın 21-də Zaqrebdə Xorvatiya ilə oyunla başlayacaq. Bu komandalar Bakıda sentyabrın 9-da qarşılaşacaqlar.(report.az)

© AzNews.az