• Fanat
  • 31 Yanvar 2019 15:29
  •  732

Messini dahi edən onun ailəsidir - FOTO

Messi bu planetdən deyil...

Messi heç vaxt öz oyunundan razı qalmır və hər zaman özünü tənqid edir.

AzNews.az sports.ru-ya istinadən xəbər verir ki, böyük oğlu Tiaqonun artıq 6 yaşı var və o, öz uğursuzluqlarını oğlu ilə müzakirə edə bilir.

"Məğlubiyyəti qəbul etmək və pis oyunu həzm etmək çətindir, amma Tiaqo məni vəziyyəti şərh etməyə, hansı səbəbdən məğlub olduğumuzu izah etməyə məcbur edir. Onun 6 yaşı var və indi biz xeyli müzakirə edə bilirik", - Messi müsahibələrinin birində belə deyib.

Canlı əfsanənin sol ayağında oğlunun ayaq izlərinin tatusu var.

Messi sosial şəbəkə hesablarında mütəmadi olaraq ailəsi, övladları ilə maraqlı fotolar paylaşır. Onların bir neçəsini sizin nəzərinizə çatdırırıq:

Messi evdə olarkən Tiaqo ondan ayrıla bilmir və ata-bala birlikdə yuxuya gedirlər.

"O, artıq məni tənqid də edir! Barselona, La Liqa, Çempionlar liqasını yaxından izləyir. Oyunda nəsə yolunda getməyəndə mənə suallar verir."

3 oğlan atası olan Messinin böyük oğlu Tiaqo olduğundan, daha çox onunla söhbət edir.

Böyük uğurlardan sonra Messinin yanında həmişə Tiaqo olur. Bu foto 2015-ci ildə ÇL-nın finalında çəkilib.

"Mən futbolu sevirəm, amma ailəm hər şeydən üstündür." , - ötən ilin sonunda Marca qəzetinə müsahibəsində belə deyib.

"Oğlanlarım bir-birindən çox fərqlənir. Böyük oğlum möcüzədir. O, sözəbaxandır, ortancıl oğlum isə tam əksinə, çox dəcəldir."

Bu fotoda 3 yaşı olan Mateo dəcəllik edib kameraya baxmır.

Xoşbəxt ata 2017-ci ildə Kamp Nouda Barcelona futbolkasını geyinmiş oğlanları ilə

Leo Tiaqo üçün nağıl kitabı oxumağı da yaddan çıxarmır

Sevimli ailə yeni ili belə qarşılayır. Santanın isə 25 nömrəli Barcelona futbolkası var

Messinin çox sıx iş qrafikinin olmasına baxmayaraq, valideyn kimi öhdəliklərini yerinə yetirməyi unutmur.

"Səhərlər böyük oğlumu məktəbə aparıram, məşqdən qayıdanda isə evə birlikdə gəlirik. Axşam yeməyini isə ailəmlə birlikdə yeyirəm. Gecə oğlanları yatmağa aparıram. Daha sonra Antonella ilə vaxt keçirməyə çalışıram. Bütün sadə ailələr kimi."

Bu isə Messinin oğlanları və iti Halkla çəkdirdiyi foto. Həyat yoldaşı ona 2016-cı ildə it bağışlamışdı. Bu bordo dog cinsidir. Uzunluğu 67 sm-ə qədər ola bilir. Böyük erkəklər adətən 55-65 kq, hətta 90 kq ola bilir.

2018-ci ilin martında Lionel və Antonello üçüncü dəfə valideyn oldular. Körpəyə Çiro adını veriblər.

Fəridə Abdulla

AzNews.az