İngiltərənin “Liverpul” klubunun futbolçusu Sadio Manenin evi yenidən qarət olunub. İngiltərənin “Liverpul” klubunun futbolçusu Sadio Manenin evi yenidən qarət olunub.
  • Fanat
  • 21 Fevral 2019 15:44
  •  1 154

Məşhur futbolçunun evi qarət olundu

İngiltərənin “Liverpul” klubunun futbolçusu Sadio Manenin evi yenidən qarət olunub.

İnsident Almaniya çempionu "Bavariya" ilə Çempionlar Liqasının ilk 1/8 final matçı zamanı baş verib. Naməlum şəxslərdən ibarət qrup seneqallı hücumçunun Allertondakı mənzilinə soxulublar. Onlar mobil telefonlar, qol saatları və avtomobillərin açarlarını aparıblar. Qarət yerli vaxtla saat 18:00 - 23:45 aralığında olub. Hazırda polis oğruları axtarır. Mümkün şahidlər ifadə verməyə çağırılıb.

Qeyd edək ki, Sadio Manenin mənzilinə 1 noyabr 2017-ci ildə də oğru girib. Həmin vaxt o, Sloveniya "Maribor"u ilə Çempionlar Liqasının qrup mərhələsinin ev oyununda iştirak edirmiş. Həmin gecə oğrular "Liverpul"un müdafiəçisi Deyan Lovrenin də malikanəsinə soxulublar.(qafqazinfo.az)

AzNews.az