Matçın 20-ci dəqiqəsində Qonsalo İquain "Çelsi"ni hesabda irəli çıxarıb. Matçın 20-ci dəqiqəsində Qonsalo İquain "Çelsi"ni hesabda irəli çıxarıb.
  • Fanat
  • 3 Mart 2019 21:42
  •  2 131

İquain və Jorjinyonun qolları "Çelsi"yə qələbə qazandırdı - FOTOLAR

Matçın 20-ci dəqiqəsində Qonsalo İquain "Çelsi"ni hesabda irəli çıxarıb.

"Çelsi" İngiltərə Premyer Liqasının 29-cu tur matçında "Fulhem" üzərində qələbə qazanıb.

"Kreyven Kottec" stadionunda keçən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 20-ci dəqiqəsində Qonsalo İquain "Çelsi"ni hesabda irəli çıxarıb. Səkkiz dəqiqədən sonra Kallum Çembers hesabı bərabərləşdirib. Fasiləyə bir az qalmış Jorjinyo yenidən hesabı "Çelsi"nin xeyrinə dəyişib.

"Çelsi" bu qələbə sayəsində xallarının sayını 56-ya çatdırıb. Londonlular hazırda turnir cədvəlində 6-cı pillədə qərarlaşıblar. "Fulhem" 17 xalla 19-cudur.

İngiltərə Premyer Liqası. 29-cu tur

"Fulhem" – "Çelsi" - 1:2

Qollar: 0:1 – İquain – 20, 1:1 – Çembers – 28, 1:2 – Jorjinyo – 31 (report)

AzNews.az

image description image description image description image description image description image description image description