Jiru digər namizədlərlə müqayisədə daha çox səs toplayıb. Jiru digər namizədlərlə müqayisədə daha çox səs toplayıb.
  • Fanat
  • 15 Mart 2019 23:10
  •  1 580

“Çelsi”nin futbolçusu Avropa Liqasının ən yaxşısı seçildi

Jiru digər namizədlərlə müqayisədə daha çox səs toplayıb.

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Bu ada İngiltərə “Çelsi”sinin futbolçusu Olivye Jiru yiyələnib.

1/8 final mərhələsinin Kiyev “Dinamo”su ilə səfərdəki cavab oyununda (5:0) üç qol vuran fransalı UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə qalib gəlib. Jiru digər namizədlərlə müqayisədə daha çox səs toplayıb.

O, Pyer-Emerik Obameyanq (“Arsenal”), Tomaş Souçek (“Slaviya”) və Jonası (“Benfika”) qabaqlayıb. (ona.az)

AzNews.az