Lyuis Hamilton 53 milyon dollar, Sebastyan Vettel 40 milyon dollar qazanır. Lyuis Hamilton 53 milyon dollar, Sebastyan Vettel 40 milyon dollar qazanır.
  • Fanat
  • 19 Mart 2019 15:22
  •  1 696

Formula 1 pilotlarının maaşı – 53 milyon, 40 milyon...

Lyuis Hamilton 53 milyon dollar, Sebastyan Vettel 40 milyon dollar qazanır.

Böyük Britaniyanın Mirror nəşri Formula 1 pilotlarının 2019-cu ildə aldıqları maaş barədə məlumat yayıb.

Nəşrin mənbəsinə görə, 5 qat dünya çempionu Lyuis Hamilton 53 milyon dollar, Sebastyan Vettel 40 milyon dollar, Daniel Rikkardo 35 milyon dollar qazanır. Bunun ardınca isə Express nəşri Hamiltonun müqaviləyə görə qazancının 79 milyon dollar, Vettelinsə 57 milyon dollar qazandığını bildirib.

Racefans.net portalının nüfuzlu müəllifi Diter Renken bu tabloidlərin məlumatına sərt reaksiya bildirib:

“Komandaların pilotlarla imzaladığı bütün müqavilələr idman reqlamentinin beşinci əlavəsi əsasında Formula 1 komissiyası tərəfindən təsdiq edilir. Bu qayda hələ 1991-ci ildə qəbul edilib. Yalnız seçilmiş hüquqşünasların müqavilələrə girişi var. Hətta beşinci əlavəni də FİA-nın rəsmi saytında görə bilməzsiniz.” – Renken belə bildirib.

Onun hazırladığı siyahıda isə rəqəmlər daha fərqlidir. Siyahıya görə, Lyuis Hamiltonun maaşı 35 milyon dollar, Sebastyan Vettelin 30 milyon dollar, Maks Verstappenin 16 milyon dollar, Daniel Rikkardonun 15 milyon dollardır. Bu mövsüm Ferraridən Alfa Romeoya gələn finlandiyalı pilot Kimi Raykkonen isə 5 milyon dollar alır.

Onun sözlərinə görə, bu siyahını hazırlamaq üçün o, çoxsaylı komanda rəhbərləri, pilotların meneceri, konsultantlar, həmkarlar ilə ünsiyyət saxlamalı olub.

Renken 80-ci illərdən Formula 1 paddockunda çalışan jurnalistdir.

Fəridə Abdulla

AzNews.az