- Fanat
- 3 Aprel 2019 18:55
- 1 523
Azərbaycan millisi yoldaşlıq görüşündə məğlub oldu
Komandalar aprelin 6-da yenidən qarşılaşacaqlar.
Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Estoniya ilə üz-üzə gəlib.
"Dalğa Arena"da təşkil olunan qarşılaşma Azərbaycan komandasının məğlubiyyəti ilə yekunlaşıb - 0:1. Görüşdə yeganə qolu Lisa Merisalu vurub.
Qeyd edək ki, komandalar aprelin 6-da yenidən qarşılaşacaqlar. Görüş saat 12:00-da başlayacaq. (report)
AzNews.az