"Analizlər müalicənin yaxşı getdiyini göstərir" "Analizlər müalicənin yaxşı getdiyini göstərir"
  • Fanat
  • 5 Aprel 2019 22:47
  •  1 520

Xəstəxanaya yerləşdirilən Pele açıqlama verdi

"Analizlər müalicənin yaxşı getdiyini göstərir"

Parisdə xəstəxanaya yerləşdirilən əfsanəvi braziliyalı futbolçu Pele səhhəti barədə açıqlama verib.

O, vəziyyətinin nisbətən yaxşılaşdığını bildirib:

“Antibiotiklər yaxşı təsir edir. Analizlər müalicənin yaxşı getdiyini göstərir. Özümü yaxşı hiss edirəm. Dəstəyiniz üçün təşəkkürlər”.

Qeyd edək ki, Pele 2 apreldə PSJ-nin futbolçusu Kilian Mbappe ilə görüşdükdən sonra səhhəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi. (qafqazinfo)

AzNews.az