Komandamızın heyətində Aytac Qardaşxanlı (57 kq) fəxri kürsüyə yüksəlib. Komandamızın heyətində Aytac Qardaşxanlı (57 kq) fəxri kürsüyə yüksəlib.
  • Fanat
  • 7 Aprel 2019 20:52
  •  1 256

Azərbaycan yığması Avropa kubokunda birinci oldu

Komandamızın heyətində Aytac Qardaşxanlı (57 kq) fəxri kürsüyə yüksəlib.

Çexiyanın Teplitse şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku başa çatıb.

Yarışın ilk günündə 8 medal qazanan Azərbaycan yığması bu gün daha bir mükafata sahib olub.

Komandamızın heyətində Aytac Qardaşxanlı (57 kq) fəxri kürsüyə yüksəlib. 57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 3-cü yer uğrunda qarşılaşmada almaniyalı Samira Bocka qalib gəlib.
Beləliklə, yarışa 26 idmançı ilə qatılan millimiz turniri 3 qızıl, 2 gümüş və 4 bürünc medalla bitirib. Bu göstərici ilə Azərbaycan 34 ölkə arasında 1-ci olub.

Qeyd edək ki, 771 idmançının mübarizə apardığı turnirin ilk günündə İsmayıl Qənbərli (50 kq), Kamran Süleymanov (55 kq) və Turan Bayramov (60 kq) bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Şükran Zamanlı (55 kq), Nahid İsmayılov (66 kq) yalnız finalda uduzaraq, gümüş medala layiq görülüblər. Səbinə Əliyeva (48 kq), Aydın Rzayev (55 kq) və Mətin Rzazadə (66 kq) isə bürünc medala sahib olub. (ona.az)

AzNews.az