Bu, ulduz futbolçunun baş məşqçi qismində ilk titulu olub. Bu, ulduz futbolçunun baş məşqçi qismində ilk titulu olub.
  • Fanat
  • 8 Aprel 2019 22:41
  •  1 613

Raul Qonsales baş məşqçi kimi ilk titulunu qazandı

Bu, ulduz futbolçunun baş məşqçi qismində ilk titulu olub.

"Real Madrid"in əfsanəvi futbolçusu Raul Qonsales klubun U-18 komandasına baş məşqçi kimi İspaniya çempionluğu qazandırıb.

41 yaşlı sabiq hücumçu "Instagram" hesabına komandanın fotosunu yerləşdirib. O, "Böyük çempionlar komandasının bir hissəsi olmağıma çox şadam" yazıb. Bu, ulduz futbolçunun baş məşqçi qismində ilk titulu olub.

Qeyd edək ki, Raul Qonsales U-18-ə martda baş məşqçi təyin olunub. Ötən illərin məşhur qolçusu Alvaro Benitonu əvəzləyib. O, "Real Madrid"də 1994 - 2010-cu illərdə çıxış edib. Raul futbolçu kimi 6 dəfə İspaniya çempionluğu, 3 dəfə Çempionlar Liqasını qazanıb. (report)

AzNews.az