Sərbəst güləş üzrə millimizin üzvü Cəbrayıl Həsənov 3-cü dəfə Avropa çempionu olub. Sərbəst güləş üzrə millimizin üzvü Cəbrayıl Həsənov 3-cü dəfə Avropa çempionu olub.
  • Fanat
  • 9 Aprel 2019 16:07
  •  2 108

Cəbrayıl Həsənov üçüncü dəfə Avropa çempionu oldu

Sərbəst güləş üzrə millimizin üzvü Cəbrayıl Həsənov 3-cü dəfə Avropa çempionu olub.

O, Buxarestdə keçirilən Avropa çempionatının qızıl medalını qazanıb.

Lakin Həsənov final görüşünü keçirmədən buna nail olub. Səbəb isə finalda onunla qarşılaşmalı olan Əhməd Qazıməhəmmədovla (Rusiya) zədələnməsidir.

Ria Novostinin yaydığı xəbərə görə, həkimlərin qərarı ilə Qazıməhəmmədov həlledici qarşılaşmada olmayacaq.

Rusiya Güləş Federasiyasının rəsmi saytı da məlumatı təsdiqləyib. Rusiya yığmasının baş məşqçisi Dzambolat Tedeyev də bildirib ki, Qazıməhəmmədov güləşə bilməyəcək.(qafqazinfo.az)

AzNews.az