• Fanat
  • 13 Aprel 2019 23:03
  •  574

İslam Abbasov Avropa Çempionatının gümüş medalını qazanıb

Azərbaycanlı güləşçi İslam Abbasov güləş üzrə Avropa Çempionatının gümüş medalını qazanıb.

Trend-in məlumatına görə, finalda güləşçimiz son Olimpiadanın gümüş medalçısı, dünya və Avropa çempionu Jan Belenyuka (Ukrayna) uduzub.

İslam Abbasov startda çətinliklə də olsa, alman rəqibinə qalib gəlib. Yığma üzvü 1/8 finalda olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov Rusiya təmsilçisini də məyus edərək 1/4 finala vəsiqə qazanıb.

İslam növbəti mərhələdə Ermənistanın dünya və Avropa çempionu ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən sonuna kimi rəqibindən üstün olan Abbasov parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanan 3-cü yunan-Roma güləşçimiz olub.

İslam yarımfinalda da əla güləş sərgiləyərək belaruslu rəqibinə sevinmək imkanı verməyib. Beləliklə, Abbasov ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb.

Qeyd edək ki, bu, İslamın böyüklər arasında Avropa çempionatında ilk medalıdır.

Aznews.az