- Fanat
- 30 Aprel 2019 18:06
- 1 550
Azərbaycanda çıxış edən ukraynalı qapıçı mövsümü başa vurdu
.jpg)
32-ci dəqiqədə xəsarət alan qapıçı yerini Elxan Əhmədova verib.
"Səbail" klubunun əsas qapıçısı Aleksandr Rıbka mövsümü başa vurub.
32 yaşlı ukraynalı qolkiper Premyer Liqanın qalan iki turunda komandasına kömək edə bilməyəcək. O, Azərbaycan Premyer Liqasının XXV turunda "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyunda zədələnib. 32-ci dəqiqədə xəsarət alan qapıçı yerini Elxan Əhmədova verib.
Qeyd edək ki, Aleksandr Rıbka "Səbail"ə bu ilin əvvəlində keçib. Paytaxt təmsilçisi növbəti XXVII turda səfərdə "Qarabağ"la, XXVIII turda isə evdə "Keşlə" ilə üz-üzə gələcək. Komanda hazırda 41 xalla üçüncü pillədədir.
AzNews.az