Tədbirdə vergi qanunvericiliyindəki müvafiq dəyişiklik müzakirə ediləcək Tədbirdə vergi qanunvericiliyindəki müvafiq dəyişiklik müzakirə ediləcək
  • Fanat
  • 15 May 2019 10:21
  •  1 976

Bakıda “Futbol və Biznes” sammiti işə başladı

Tədbirdə vergi qanunvericiliyindəki müvafiq dəyişiklik müzakirə ediləcək

Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə "Futbol və Biznes" sammiti işə başlayıb.

“Fairmont” otelində keçirilən tədbirdə AFFA rəsmiləri, fransalı dünya və Avropa çempionu Rober Pires, Azərbaycan milli komandalarının baş məşqçiləri, klub rəsmiləri və digər şəxslər iştirak edir.

Tədbirdə xarici və yerli mütəxəssislərin iştirakı ilə futbolun makroiqtisadi təsiri, futbol və biznes münasibətləri mövzusunda fikir mübadiləsi aparılacaq. Həmçinin vergi qanunvericiliyindəki müvafiq dəyişiklik müzakirə ediləcək.

Proqrama əsasən, "Futbolun Makroiqtisadi təsiri", "Futbol İnvestisiyasından sosial fayda" və "Futbol tərəfdaşlığının biznesə təsiri" mövzularında panellər və sual-cavab olacaq.

Qeyd edək ki, Rober Pires tədbirə "Futbol və Biznes" sammitinin rəsmi ulduz səfiri kimi qatılıb.(report.az)

AzNews.az